İsrail ordusu Qəzzaya hava yolu ilə humanitar yardımın daşınmasını bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, Qəzzaya ərzaq dolu 7 bağlama atılıb.
İsrail ordusundan bildirilib ki, edilən yardımlara baxmayaraq, Qəzza zolağında döyüşlər dayanmayıb və İsrail bütün girovları qaytarana və HƏMAS hərəkatını məhv edənə qədər davam edəcək.