Polşada yeni mövsüm hazırlıqlarını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Yunanıstanın "Asteras" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Samir Abasovun yetirmələri artıq 2 yoxlama oyununda qüvvəsini sınayıb. Hər iki qarşılaşma heç-heçə bitib - "Hapoel Təl-Əviv" (1:1) və "Termalika" (2:2).

Onların Polşada növbəti oyunu Kiprin AEL klubuna qarşı olacaq.