AZ

Luçano Spalletti: “Napoli”də ən böyük təhqirlə üzləşdim”

“Napoli”yə 2022/2023-cü illər mövsümünün İtaliya A Seriyasının çempionluğunu qazandırmş Luçano Spalletti klubdan gedişinə şərh verib.

Arena.az məlumat verir ki, “La Repubblica” dərgisinə müsahibəsində 66 yaşlı italyan mütəxəssis klubda üzləşdiyi aşağılayıcı münasibətdən və “Napoli”nin prezidenti Aurelio De Laurentisə münasibətindən söhbət açıb:

“Gedərkən, mən, bir il sonra aydın olacaq hadisələrə diqqət çəkməyə yardımçı oldum, onda ki, De Laurentis yeni qələbələr üçün əla məşqçi təyin etməyə gərək olduğunu anlamışdı ki, burada da hər şey ondan asılı deyildi. Mənim De Laurentisə hansı münasibəti bəsləyirəm? Mənim üçün ən böyük təhqir o idi ki, bizə, qazandığımız skudettodan sonra şəhərdə avtobusla zəfər yürüşü keçirməyə icazə vermədilər”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, Luçano Spalletti “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırmış, 2023-cü ilin yayında isə Neapol klubundan ayrılmışdı. Bundan sonra “eşşəkcilər” uğursuzluqlar zolağına düşmüşdülər. “Napoli”yə qısa müddət ərzində üç mütəxəssis – Rudi Qarsiya, Valter Matsarri və Françesko Kaltsona gətirilmiş, ancaq “eşşəkciklər” böhrandan qurtula bilməmişdilər. Ötən ilin yayında isə Antonio Konte “Napoli”nin sükanı arxasına gətirilməklə, komandanı dirçəltmiş və İtaliya çmpionluğunu qazanmağa müvəffəq olmuşdu.

Əlavə edək ki, Luçano Spalletti hazırda işsizdir. Spallettinin sonuncu iş yeri uğursuz nəticələrə görə cari ilin iyun ayında istefaya göndərildiyi İtaliya yığması olub.

Seçilən
30
arena.az

1Mənbələr