Son vaxtlar feysbuk sosial şəbəkəsi üzrə çoxsaylı səhifələr üzə çıxıb ki, həmin səhifələrdə Azərbaycana qarşı təxribat yönümlü məqalələr yerləşdirilərək ölkə üzrə böyük büdcə ilə reklama qoyulur.
Operativ Media-nın əldə etdiyi məlumata görə, həmin səhifələr barədə ETX tərəfindən META-ya məlumat verilib, təxribatla məşğul olan səhifələrin silinməsi təmin edilib.
Ümumilikdə son 4 ay ərzində 20-dən çox oxşar səhifə silinib.
META 2024-cü il hesabatında bu cür səhifələrin Rusiyadan açıldığını və idarə edildiyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta