AZ

Sabiq polis əməkdaşı ailəsi ilə qəzaya düşdü: Üç nəfər həlak oldu

Ötən gün Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində həlak olanların bir ailənin üzvləri olduğu məlum olub.

 

Qəza zamanı həyatını itirənlər avtomobilin sürücüsü - keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qayınanası Xədicə Novruzovadır.

 

Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxs isə Mahir Abdullayevin qardaşı qızı Ramilə Abdullayevadır.

 

Məlumata görə, ailə üzvləri Laçının Hacıxanlı kəndindəki doğma yurdlarından geri qayıdarkən qəza baş verib.

 

Oxu.az

Tarix: 27 İyul 2025, 10:06   
Seçilən
40
4
pravda.az

5Mənbələr