AZ

Cəlilabad stadionu yararsız vəziyyətdədir: ərazidə ağaclar bitib - FOTOLAR

​CƏLİLABAD, 27 iyul. TELEQRAF

Cəlilabadın mərkəzi futbol stadionu uzun müddətdir ki, yararsız vəziyyətdədir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, bir vaxtlar izdihamların yaşandığı bu məkanda indi azarkeşlər üçün nəzərdə tutulmuş skamyalar yararsız hala düşüb.

Hətta bəzi ərazilərdə baxımsızlıqdan kol-kos və ağac da bitməyə başlayıb. Ötən əsrin 70-ci illərində inşa olunmuş stadionda ara-sıra regional futbol yarışları keçirilsə də, buranın infrastrukturu demək olar ki, tamamilə yararsız haldadır.

Rayon sakinləri stadionun müasir standartlar səviyyəsində qurulmasının vacib olduğunu bildirirlər. Onların fikrincə, bu, bölgədə futbolun inkişafına da öz töhfəsini verə bilər.

Seçilən
71
2
teleqraf.com

3Mənbələr