AZ

Avropa İttifaqından gözlənilməz Ukrayna qərarı – Zelenski nə edəcək?

Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyini hissəvi şəkildə dayandırmaq qərarına gəlib. Brüssel 4,5 milyard avroluq yardım paketindən 1,5 milyardını hələlik ayırmayacaq.

Editor.az xəbər verir ki, bu barədə “The New York Times” xəbər verib. Qəzet yazır ki, bu qərarın arxasında korrupsiya ilə bağlı ciddi narahatlıqlar dayanır. Dayandıralan vəsait yalnız mülki məqsədlər üçün nəzərdə tutulurdu və hərbi xərclərdə istifadə oluna bilməzdi.

Aİ rəsmiləri bildirir ki, bu qərar qəti deyil və Ukrayna müəyyən islahat şərtlərini yerinə yetirərsə, yardım yenidən bərpa oluna bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski məsələyə açıq reaksiya verməsə də, yardımın azalması onun üçün diplomatik cəhətdən əhəmiyyətli itki sayılır.

Analitiklər bunu Avropa İttifaqının Zelenskinin komandasına qarşı səbrinin azalmağa başladığının siqnalı kimi qiymətləndirir.

ABŞ-ın korrupsiyaya qarşı mübarizə üzrə eksperti Ceyms Vasserstrom qeyd edib ki, “Zelenskiyə olan beynəlxalq simpatiya artıq sönmək üzrədir”.

Onun sözlərinə görə, donor ölkələr arasında Ukrayna rəhbərliyinin şəffaflığına inam getdikcə zəifləyir.

Eyni zamanda, Ukraynanın iki əsas qurumu – Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu – yüksək ranqlı məmurlarla bağlı araşdırmalar aparır.

Qeyd olunur ki, Aİ tərəfindən ötən il təsis olunan Ukraynaya Yardım Fondu çərçivəsində Kiyevə üç il ərzində ümumilikdə 50 milyard avro vəsait ayrılması planlaşdırılıb.

Ancaq iyun ayında təqdim olunan maliyyə sorğusuna baxmayaraq, Ukrayna 16 islahat meyarından üçünü yerinə yetirməyib.

Bu meyarlar arasında Xüsusi Antikorrupsiya Məhkəməsinə hakim təyinatının gecikməsi də var.

Məsələyə münasibət bildirən Böyük Britaniyanın Baş naziri Kir Starmer Zelenskiyə zəng edərək narahatlığını çatdırıb.

Digər bir mübahisə isə Maliyyə Təhlükəsizliyi Bürosunun yeni rəhbərliyinin təsdiqlənməməsi ilə bağlıdır.

Hökumət Aleksandr Tsivinskini vəzifəyə təqdim etsə də, hələlik onu rəsmi təyin etməyib və vəzifə boş qalır.

Bu vakansiyanın yaxın günlərdə doldurulması isə Beynəlxalq Valyuta Fondundan alınacaq 15,6 milyard dollarlıq yardım paketinin davamı üçün əsas şərtlərdən biridir.

//Samir Qurbanov, Editor.az

Seçilən
28
20
editor.az

10Mənbələr