AZ

KİV: DOGE süni intellektlə federal tənzimləməni azaltmağı planlaşdırır

ABŞ-nin Dövlət Səmərəliliyi Departamenti (DOGE) Donald Trampın ikinci prezidentliyinin birinci ildönümündə federal tənzimləmə normalarının sayını yarıya endirmək üçün süni intellektdən istifadə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti alınan sənədlərə və mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, departament artıq qanunla tələb olunmadığı üçün ləğv edilə bilənləri müəyyənləşdirmək üçün təxminən 200 000 federal normatik aktları təhlil etmək üçün hazırlanmış süni intellektə əsaslanan xüsusi vasitə hazırlayıb.

Qeyd olunur ki, bu şəkildə 100 000-ə yaxın aktın ləğvi planlaşdırılır. Tapşırıqların əsası "Amerikanı 20 Yanvar 2026-cı ildə yenidən başlatmaqdır". Təqdimata görə, bu, tənzimləmə və federal büdcənin azaldılması və xarici investisiyaların cəlb edilməsi yolu ilə trilyonlarla ABŞ dollarına qənaət edəcək.

Təqdimatdan belə çıxır ki, vasitə artıq iki həftə ərzində Mənzil və Şəhərsalma Nazirliyində (HUD) qaydaların 1083 bölməsi üzrə qərar qəbul etmək üçün istifadə olunub.

Seçilən
53
report.az

1Mənbələr