AZ

Tailand–Kamboca sərhəd münaqişəsi nəticəsində 30 minə yaxın kambocalı evlərini tərk edib

Bakı. Trend:

Kambocanın Tailandla sərhəddə yerləşən Oddar Meançey əyalətindəsərhəd münaqişəsinin kəskinləşməsi səbəbilə 30 minə yaxın insan özevlərini tərk edib.

Trend “KhmerTimes” qəzetinə istinadən xəbər verir ki, yerli hakimiyyətorqanlarının açıqlamasına görə, məcburi köçkünlərin sayı artıq 8000 ailəni ötüb.

“Demək olar ki, 30 000 nəfər evsiz qalıb. Bu rəqəm əvvəlki günləmüqayisədə xeyli artıb və vəziyyətin humanitar baxımdan getdikcədaha da pisləşdiyini göstərir”, – deyə məlumatda qeyd olunub.

BMT Baş katibinin mətbuat katibinin müavini Stefani Trembleydaha əvvəl bildirmişdi ki, münaqişə nəticəsində Tailandda 131mindən çox, Kambocada isə 4 mindən çox insan evlərini tərkedib.

Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd gərginliyiiyulun 24-də səhər saatlarında silahlı toqquşmalara keçib. Sərhədzonasında baş verən atışmalardan sonra tərəflər bir-biriniartilleriya atəşinə tutub.

Cümə günü ağır artilleriya, döyüş təyyarələri və tanklarıniştirakı ilə hərbi əməliyyatlar davam etdirilsə də, şənbə günüaxşam saatlarında şiddətli yağış səbəbilə döyüşlərin müvəqqətidayandırıldığı bildirilib.

ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı hər iki ölkəninbaş nazirləri ilə telefon danışığı aparıb və sosial şəbəkədəyazaraq, Kamboca və Tailandın atəşkəsin tezliklə əldə olunmasındamaraqlı olduqlarını bəyan edib.

Seçilən
94
az.trend.az

1Mənbələr