AZ

Ərdoğanla danışığından sonra Makron türkcə paylaşım etdi

BAKI, 27 iyul. TELEQRAF

TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arsında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, həmkarlar Qəzzadakı humanitar böhran məsələsini müzakirə ediblər.

Müzakirə olunan məqamlardan biri dəFələstin məsələsində davamlı sülhün əldə edilməsi olub.

Görüşdən sonra E.Makron X sosial media platformasında türkcə palaşım edib. O yazıb: "İndicə prezident Ərdoğanla Qəzzadakı vəziyyət və ikidövlətli həlli perspektivi haqqında danışdım. İsrail və Fələstinlilərin sülh və təhlükəsizliyi üçün bütün addımlar atılmalıdır".

Seçilən
68
teleqraf.com

1Mənbələr