Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Abxaziyanın Tkuarçal rayonunda Moskvadan gələn turist qayadan yıxılaraq ölüb.
SİA-nın məlumatına görə, bu barədə Abxaziya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
...Tkuarçal rayonunun Akarmara kəndində Velikan şəlaləsi yaxınlığında 1979-cu il təvəllüdlü moskvalı Nikolay Pronin qayadan yıxılaraq ölüb. Fövqəladə Hallar Nazirliyi təcili çağırışa cavab verərək, Moskva vaxtı ilə saat 15:45-də hadisə yerinə gedib. Hazırda hadisə yerində iş aparılır, cəsəd çıxarılıb.
...Velikan şəlaləsi Abxaziyanın ən hündür şəlaləsidir. Onun hündürlüyü 100 metrdən çoxdur.
Əli Babayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.