AZ

Gülməkdən ölürəm: Mbappe bu xəbərə belə reaksiya verd

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçirilən Olimpiadanın açılış mərasimində Olimpiya məşəlini daşımaqdan imtina etməsi ilə bağlı “Le Canard enchaîné” satirik qəzetinin məlumatını şərh edib.

Publika.az xəbər verir ki, Mbappe bu barədə Fransa nəşrinin “X” sosial şəbəkəsindəki paylaşımına şərhdə yazıb.

“Gülməkdən ölürəm. Qeyd etməyi unudubsunuz ki, mən Fransa millisinin basketbol komandasının daimi üzvü olmaq istəyirdim, elə deyilmi? Dünyanın o tayında tətildə idim. Olimpiya Oyunlarında iştirak etmədiyim üçün məşəlçi olmağın mənası yox idi”, – Mbappe yazıb.

Seçilən
37
publika.az

1Mənbələr