AZ

Tramp süni intellektlə dövlət aparatını yüngülləşdirir – 200 min qanun yoxlanacaq

ABŞ Prezidenti Donald Tramp administrasiyası süni intellektin köməyi ilə federal hökumətdə əhəmiyyətli tənzimləmə islahatına başlayır. Məqsəd – artıq qüvvədə olmayan və icrası zəruri sayılmayan normativ aktların ləğv edilməsidir.

"Ölkə.az" xəbər verir ki, bu prosesə ABŞ Dövlət Effektivliyi Departamenti (DOGE) rəhbərlik edir. The Washington Postun yazdığına görə, departamentə tapşırıq verilib ki, təxminən 200 000 federal tənzimləmə sənədini süni intellektlə analiz etsin və istifadəyə yararsız, icrası hüquqi zərurət daşımayan maddələri müəyyənləşdirib hüquqi dövriyyədən çıxarsın.

İslahatın Trampın andiçmə mərasiminin ildönümünə – 2026-cı il yanvarın 20-nə qədər yekunlaşdırılması planlaşdırılır. Bu tarix simvolik olaraq Trampın ikinci prezidentlik müddətinin “yeni erasına” start verilməsi ilə üst-üstə düşəcək.

Ekspertlər bu addımı bürokratik yükün azaldılması, dövlət aparatının çevikləşdirilməsi və Amerikanın iqtisadi və texnoloji rəqabət qabiliyyətinin artırılması istiqamətində strateji dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Yeni dövrdə süni intellekt təkcə biznesin deyil, dövlət idarəçiliyinin də əsas oyunçusuna çevrilir.(musavat.com)

Seçilən
5
1
olke.az

2Mənbələr