Quba rayonunun Rustov kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hərbi xidmətdən məzuniyyətə gələn əsgər, rayonun Rustov kənd sakini 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub.
O müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.
TƏBİB-dən APA-ya verilən məlumata görə 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.
Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Lent.az