AZ

Britaniyada qeyri-qanuni mühacirlərin otellərə yerləşdirilməsinə qarşı etirazlar davam edir

Böyük Britaniyada qeyri-qanuni mühacirlərin otellərdə yerləşdirilməsi praktikasına qarşı etirazlar yayılmağa başlayır.

APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, iyulun 26-da İngiltərənin şərqindəki Norviç şəhərində etiraz aksiyaları keçirilib. Əllərində Britaniya bayraqları olan yüzlərlə insan qeyri-qanuni mühacirlərin qaldığı otellərdən birinin qarşısına toplaşaraq, onun bağlanmasını tələb ediblər.

Oxşar etirazlar Lids, Nottingemşir və Sauthemptonda də keçirilib.

“The Daily Telegraph” həmçinin iyulun 27-də ölkənin cənubunda bir sıra şəhərlərdə yeni etiraz aksiyalarının keçirilməsinin planlaşdırıldığını yazıb.

Qeyd edək ki, Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 2025-ci ilin mart ayına olan statistikaya görə, ölkə daxilində 210 oteldə 32 min qeyri-qanuni mühacir yerləşdirilib.

Seçilən
23
2
apa.az

3Mənbələr