"Karvan" növbəti transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yevlax təmsilçisi Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi futbolçu karyerasına İngiltərədə - "Liverpul”da başlayıb. Daha sonra “Blakbörn”, “Dundalk” və “Connahs Quay” klublarında forma geyinib.23 yaşlı futbolçu Şri Lanka millisində 7 oyun keçirib.
"Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu“Sportinq Lagos”, Nigeriya), Olavale Doen ("Plato Yunayted", Nigeriya) və Elvin Yunuszadəni ("Qəbələ") transfer edib.