Türkiyənin "Fənərbağça" kollektivi Portuqaliyanın "Benfika" komandasına qarşı yoxlama matçı keçirib. 

Offsideplus.az xəbər verir ki, görüş "Benfika"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu Kerem Aktürkoğlu vurub. Bu, onun karyerası ərzində "Fənərbağça" qapısından keçirdiyi 3-ü qol olub (9 oyun — 8 rəsmi, 1 yoldaşlıq). 

Arşi Broun avtoqola imza atıb, Henrike Arauxo isə komandasının üçüncü qolunu vurub. "Sarı-lacivərtlər"in heyətində İrfan Can Kahveci və Yusuf En-Nesiri fərqlənib. 

Aktürkoğlunun qolunu təqdim edirik: