“Dream FEST 2025” Beynəlxalq Musiqi Festivalı başa çatıb. Dörd gün ərzində “Sea Breeze” istirahət mərkəzi unudulmaz musiqi hadisələrinin mərkəzinə çevrildi. Festivalın sonuncu günü möhtəşəm konsert proqramı olub.
Publika.az xəbər verir ki, final gecəsi əvvəlki üç gün kimi rəmzi qırmızı xalça üzərindən ifaçıların təntənəli keçidi ilə başlayıb.
“Dream FEST” səhnəsində dünya şöhrətli ifaçılar Tyga, Jah Khalib, CEZA, Alizade, Eva Simons və əlbəttə ki, festivalın əsas ilhamvericisi Emin çıxış ediblər. Onların çıxışları tamaşaçılarda böyük coşqu yaradıb, izləyicilər hər bir mahnıya böyük həvəslə qoşulublar.
Festival çərçivəsində iştirakçılar 50-dən çox xarici ifaçının superhitlərindən və eyni zamanda məşhur azərbaycanlı musiqiçilərin çıxışlarından zövq alıblar.