AZ

“Liverpul”un yetirməsi "Karvan-Yevlax"da

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq "Karvan-Yevlax" klubu növbəti transferini həyata keçirib.

“İki sahil” Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn” (İngiltərə), “Dundalk” (İrlandiya) və “Connahs Quay” (Uels) klublarında forma geyinib.

23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.

Seçilən
35
11
ikisahil.az

10Mənbələr