AZ

Zelenski: Kreml iqtisadiyyatda böyük itkilər yaşayır

BAKI, 27 iyul. TELEQRAF

Ukrayna Prezidenti Vladimir Zelenski tərəfdaşlarını Rusiyaya maksimum təzyiq göstərməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat verib.

Ölkə başçısı bildirib: “Kreml iqtisadiyyatda böyük itkilər yaşayır. Getdikcə daha da hiss olunacaq. Mən Ukraynaya kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. İndi Rusiyaya təzyiq etmək lazım olan məqamdır - təzyiq edin ki, gələn il müharibə olmasın.

Əsas məsələ Rusiya Prezidenti Vladimir Putini sülhə məcbur etməkdir. Kreml aydın başa düşməlidir ki, onlar dözə bilməyəcək. Ukrayna və Avropanı ötüb keçmək mümkün deyil.

Sanksiyalar Rusiyanın potensialını əlindən almalıdır. Biz məhz bunun üçün çalışırıq".

Seçilən
56
teleqraf.com

1Mənbələr