AZ

Adil Şükürov: Rəhbərliyin də ilk planlarından biri odur ki...

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, "Kəpəz" bu gün yoxlama matçı çərçivəsində "Şamaxı"ya 1:6 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov "Şamaxı" ilə oyunla bağlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb:

"Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq".

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
8
sportal.az

10Mənbələr