AZ

Şükürovdan 1:6-ya şərh: “Boşluqlarımız çoxdur”

“Kəpəz” yoxlama oyununda “Şamaxı”ya uduzub – 1:6.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə açıqlamasında oyunu şərh edib:

“Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq”.

Seçilən
20
8
futbolpress.az

9Mənbələr