Adıyamanda yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilən 3 aylıq körpənin əlinə taxılan serumu çıxarmaq istəyən tibb bacısı, ehtiyatsızlıqla körpənin baş barmağını kəsib.
Sherg.az xəbər verir ki, hadisə Kahta dövlət xəstəxanasında baş verib. İddialara görə, H.S. Doğan adlı körpəyə serum verildikdən sonra, serumu çıxarmaq üçün otağa daxil olan tibb bacısı, makasla serum iynəsini kəsərkən körpənin sağ baş barmağını da kəsib. Barmaq qan içində qalarkən anası şok keçirib və huşunu itirib.

Xəstəxanada plastik cərrah olmadığı üçün körpə ilkin müdaxilədən sonra Gaziantepə göndərilib. Orada keçirilən iki cərrahi əməliyyatla kəsilən barmaq yerinə tikilib. Uzunmüddətli müalicə prosesi başlayıb.
Körpənin atası Abdülhakim Doğan məsələ ilə bağlı hüquqi addımlar atacaqlarını, məsul şəxslər haqqında cinayət və inzibati araşdırma aparılmasını tələb etdiklərini bildirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.