Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"İnter" Ademola Lukman üçün təkmilləşdirilmiş təklif hazırlayır.
Sportal.az xəbər verir ki, "Corriere dello Sport"un məlumatına görə, təklifin məbləği 40 milyon avrodan 42 milyon avroya yüksələcək və əlavə olaraq 3 milyon avro bonus şəklində nəzərdə tutulacaq.
Bundan əlavə, razılaşmanın strukturu da dəyişəcək: əvvəl planlaşdırıldığı kimi məcburi satınalma şərti ilə icarə yox, tam formatda transfer olacaq.
İndiyə qədər “Atalanta” Lukman üçün 50 milyon avro tələb edirdi. Lakin mənbənin qeyd etdiyinə görə, “İnter”in yeni təklifindən sonra bu tələb yumşala bilər.
Qeyd edək ki, ötən mövsüm Lukman A Seriyada 31 matçda 15 qol vuraraq bombardirlər yarışında 3-cü yeri bölüşüb. Çempionlar Liqasında isə 7 oyunda 5 qolun müəllifi olub.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.