Avstraliyanın Makkuari adasının sahillərində 6,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 144 000 nəfər əhalisi olan Yeni Zelandiyanın Danidin şəhərindən təqribən 1 578 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.