Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, milli Ukrayna seçməsi ilə qarşılaşıb. Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi ilk matçda ev sahibi Rumıniya yığmasına məğlub olub – 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.