AZ

Uşağın cinsi ananın yaşından da asılı imiş…

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bir çox insan düşünür ki, dölün cinsi – bioloji lotereyadır və oğlanla qız olma ehtimalı bərabərdir.Digərləri isə bildirir ki, uşağın cinsi kişidən asılıdır, çünki X və ya Y xromosomu məhz kişi spermatozoidində mövcuddur. Lakin yeni tədqiqat bu stereotipləri alt-üst edir: sübut olunub ki, doğulacaq körpənin cinsi ananın yaşından da asılı ola bilər.Bizim.Media xəbər verir ki, bu nəticəyə ABŞ-nin Harvard Universitetinin alimləri gəliblər.Onlar təxminən 60 min amerikalı ananın məlumatlarnı təhlil ediblər. Əvvəlcə bu məlumatlar tibb jurnallarında yayımlanıb, daha sonra isə geniş mətbuatda. Və məlum olub ki, mayalanma zamanı cinsin formalaşmasına ana yaşı ciddi təsir göstərir.“Körpələrin cinsi həmişə bioloqlar, demoqraflar, statistikaçılar və sosioloqlar üçün maraqlı olub. Lakin son analizlər göstərib ki, cinsin bölgüsü sadə ikili (binary) sxemə tam uyğun gəlmir”, - deyə tədqiqat müəlliflərindən biri bildirib.Ənənəvi yanaşmaya görə, dölün oğlan (XY) və ya qız (XX) doğulması şansı bərabər sayılırdı, çünki yumurta hüceyrəsi həmişə X xromosomu daşıyır, sperma isə ya X, ya da Y. Amma alimlər təkcə bunu əsas götürməyib, yalnız eyni cinsli uşaqlara sahib olan ailələri araşdırıblar.Araşdırmanın ilk mərhələlərində bəlli olub ki, bəzi qadınlar yalnız eyni cinsli uşaqlar doğur. Bəs səbəb nədir?Bu suala cavab tapmaq üçün yalnız eyni cinsli uşaqları olan qadınlar arasında 8 əsas amil araşdırılıb: boya görə orta göstərici, bədən kütlə indeksi, irq, saç rəngi, qan qrupu, bioritm (gecəyarısı aktivliyi və ya səhər erkən oyanmaq), cinsi yetkinlik yaşı və ilk övladı dünyaya gətirdikləri yaş.Nəticədə məlum olub ki, yalnız bir amil - ilk doğuş yaşı əsas fərq yaradır. Belə ki, ilk övladını 28 yaşdan sonra dünyaya gətirən qadınlarda yalnız bir cinsdə uşaq sahibi olmaq ehtimalı, ilk övladını 23 yaşdan əvvəl doğanlara nisbətən 9% daha yüksəkdir (43% qarşı 34%).Alimlər bunu yaşla əlaqəli fizioloji dəyişikliklərlə əlaqələndirirlər. Bu hipotez hələ də araşdırılır, lakin artıq bir çoxlarının "cins şansları bərabərdir" inancını sarsıdıb.Lakin burada sosial faktor da istisna edilməyib. İlk dəfə 28 yaşında ana olan qadın bəzən bir uşaqdan sonra dayanır. İki eyni cinsli uşaq bu səbəbdən çox şey demir. Amma 23 yaşdan əvvəl ana olan qadınlar bir neçə uşaq dünyaya gətirə bilər, özü də fərqli partnyorlarla, bu da statistik olaraq onun daha “müxtəlifcinsli” ana olma ehtimalını artırır.Qeyd edək ki, gələcək körpənin cinsi ilə bağlı qədim və müasir bir çox inanclar mövcuddur. Bu mövzuda həm xalq təbabəti ilə məşğul olanlar, həm də bəzi klinikalar proqnoz verməyə çalışıblar.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
demokrat.az

3Mənbələr