“Düşünürəm ki, rəqiblərimiz qalib gəlməyi çox istəyirlər. Amma biz buna daha çox çalışacağıq”.

Offsideplus.az xəbər verir ki, bu fikirlər 3x3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Dina Ulyanova məxsusdur. 

Sumqayıtda təşkil olunan Dünya Seriyasının A qrupunda yığmamızın Çexiya və Slovakiya üzərində qələbələrindən sonra jurnalistlərə açıqlama verən hücumçu nikbin danışıb: “Bu turnir ilk növbədə Avropa Kubokunun finalına hazırlıq xarakteri daşıyır. Biz artıq Dünya Seriyasının bir mərhələsində qalib gəlmişik və qələbə seriyamızı davam etdirmək istəyirik. Çexiya və Slovakiyanı məğlub etdiyimiz oyunlara gəlincə, 3x3 basketbolunda zəif rəqib yoxdur. Hər dəfə oyuna hazırlaşarkən bunu təkrar edirəm. Biz də öz növbəmizdə çox məşq etmişik, birlikdə oynamışıq və düşünürəm ki, bunu meydançada da göstəririk. Rəqiblərin hər birinə xüsusi hörmətimiz olsa da, qorxduğumuz komanda yoxdur. Hər kollektivin öz texnikası var və məşqçi bizi yeni oyuna qədər hazırlayır”.

Qeyd edək ki, milli komandamız sabah saat 16:00-da 1/4 finalda Çinlə qarşılaşacaq. Dünya Seriyasının Sumqayıt mərhələsi sabah yekunlaşacaq.