Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu Ədirnədə keçirilən toplantıda çıxışı zamanı Ankaranın Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində qətiyyətli mövqe tutduğunu bəyan edib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək marşrutun açılması üçün fəal addımlar atılır.
Zorlu əlavə edib ki, bu layihə Türk Dövlətləri Təşkilatının rolunu gücləndirəcək və onu sabitlik və inkişaf naminə əhəmiyyətli regional alyansa çevirəcək.
“Bu məsələ ilə bağlı prezidentimizin qəti siyasi iradəsi var. Türkiyə və Azərbaycan arasında ciddi danışıqlar aparılır,” – deyə o bildirib.
Zorlunun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycan üçün deyil, digər dövlətlər üçün də strateji əhəmiyyət daşıyır. Belə ki, bu marşrutla Çin yükdaşımalarını Türkiyə üzərindən Avropaya yönəldə biləcək.
Globalinfo.az