İqtisadçı Yakiv Mirkin Rusiyanın gələcəyi ilə bağlı üç ssenari irəli sürür, uzunmüddətli perspektivdə isə "inkişaf diktaturası" ehtimalı artır...
Poliqon xəbər verir, tanınmış rusiyalı iqtisadçı Yakov Mirkin Rusiyanın qarşıdakı 5-6 il ərzində inkişaf ssenarilərini açıqlayıb.
Eksoerin sözlərinə görə, ehtimalların 90-95 faizi ölkənin "İran modeli" üzrə – mobilizasiya iqtisadiyyatı ilə inkişaf edəcəyini göstərir. Bu ssenariyə görə, ölkədə sabitlik qorunacaq, lakin müəyyən dövrlərdə qəfil, lokal gərginliklər baş verəcək. Regional və qlobal münaqişələr isə “Koreya variantı” kimi dondurulacaq.
İkinci ssenariyə 5-10 faiz ehtimal verilir. Bu halda ölkədə qəfil destabilizasiya, irrasionallıq, sistemli səhvlər və ardıcıl risk reaksiyası baş verə bilər.
Üçüncü ssenarinin ehtimalı isə cəmi 0,1 faizdir. Bu model "Den Syaopin" yanaşması ilə – mərhələli islahatlar, münaqişələrin dondurulması və yumşalma meyillərinin artması ilə xarakterizə olunur.
Yakov Mirkin bildirir ki, 5-6 ildən sonra hər il artan templə Rusiyada "inkişaf diktaturası"nın yaranma ehtimalı yüksələcək. Bu sistem Tayvan, Cənubi Koreya və müasir Özbəkistan modelinə oxşar ola bilər, lakin birbaşa surəti deyil. Ekspertə görə, belə bir ssenaridə Rusiya ilə Qərb arasında münasibətlərin “yenidən başladılması”, Şərq və Qərblə paralel əməkdaşlıq, iqtisadi yüksəliş (“yeni Klondayk”) və hazırkı emigrantların bir hissəsinin ölkəyə qayıdışı mümkündür.
Poliqon.info