AZ

"Napoli"dən yeni stadion açıqlaması - AVRO-2032-nin keçirilməsi üçün yararsızdır

"Napoli" Maradona adına stadionun AVRO-2032-nin keçirilməsi üçün yararsız olduğunu hesab edir.

Sportal.az xəbər verir ki, Neapol klubu yeni stadionun tikintisinə investisiya yatırmaq niyyətində olduğunu açıqlayıb.

"UEFA, İtaliya Futbol Federasiyası (FIGC), bələdiyyə və “Napoli” arasında keçirilən görüş ara mərhələ xarakteri daşıyırdı, çünki hələ heç bir qərar qəbul olunmayıb. “Napoli” AVRO-2032-nin keçirilməsi üçün Maradona stadionunun yararsız olduğu barədə mövqeyini bildirib. Bəzi KİV-lərdə yazılanların əksinə olaraq, bələdiyyənin layihəsi nə UEFA, nə də FIGC tərəfindən təsdiqlənməyib.

Klubun cəlb etdiyi mütəxəssislərin iki illik ekspertizasından sonra məlum olub ki, Maradona stadionuna investisiya qoymaq üçün uyğun şərait yoxdur. Bələdiyyə tərəfindən təklif olunan və maliyyə-iqtisadi dayanıqlıq meyarlarına cavab verməyən tədbirlər belə, arenanı müasir stadion standartlarına çatdırmaq üçün yetərli olmazdı.

“Napoli” AVRO-2032-nin oyunlarını qəbul edə biləcək yeni stadionun tikintisinə öz vəsaiti ilə investisiya qoymaq niyyətindədir. Klub artıq şəhərdə yeni stadionun tikilə biləcəyi tərk edilmiş ərazini müəyyən edib. Bu layihə həm də şəhərin yenilənməsi planına böyük töhfə verəcək və əhali üçün heç bir maliyyə yükü yaratmayacaq", – deyə "Napoli"nin bəyanatında bildirilir.

saytlarin hazirlanmasi

Seçilən
17
1
sportal.az

2Mənbələr