Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı deyib.
Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb.
Planın təfərrüatları barədə məlumat verilməyib.