AZ

"Napoli" yeni stadion alacaq

İtaliyanın “Napoli” klubu yeni stadionun tikintisi planını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA və İtaliya Futbol Federasiyası ilə aparılan müzakirələr nəticəsində mövcud stadionun 2032-ci il Avropa çempionatının oyunları üçün yenidənqurulmasının təhlükəsizlik tələblərinə cavab verməyəcəyi müəyyən olunub. Buna görə də klub yeni stadionun inşasının zəruri olduğunu bildirib.

Rəhbərlik stadionun şəhərin az inkişaf etmiş rayonlarından birində tikilməsini nəzərdə tutur ki, bu da həm tikinti prosesində yaranan çətinlikləri azaltmaq, həm də həmin ərazinin inkişafına təkan vermək məqsədi daşıyır.

Seçilən
34
90deqiqe.az

1Mənbələr