Belçika Qran-prisinin sprint-təsnifat mərhələsində “McLaren” pilotu Lando Norris birinci yerə çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, onun komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü olub.
Dördqat dünya çempionu Maks Verstappen (“Red Bull”) dördüncü, yeddiqat dünya çempionu Lüis Hemilton (“Ferrari”) isə yalnız 16-cı yeri tutub.
İkinci sessiyada Esteban Okon, Oliver Berman, Pyer Qasli, Niko Hülkenberq və Karlos Sayns mübarizəni dayandırıblar. İlk sessiyada isə Lüis Hemilton, Franko Kolapinto, Andrea Kimi Antonelli, Fernando Alonso və Lens Stroll yarışdan kənar qalıblar.
Sprint-təsnifat nəticələri belədir:
Lando Norris (“McLaren”) – 1:40.562
Oskar Piastri (“McLaren”) +0.085
Şarl Lekler (“Ferrari”) +0.338
Maks Ferstappen (“Red Bull”) +0.341
Aleksandr Albon (“Williams”) +0.639
Lüis Hemilton (“Ferrari”) – 1:41.939
Lens Stroll (“Aston Martin”) – 1:42.502