AZ

"Barselona"nın sabiq baş məşqçisi Xavinin planları məlum olub

"Barselona"nın sabiq baş məşqçisi Xavi Hernandes hələ də yeni iş yerinə sahib olmayıb.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis 2023/24 mövsümünün sonunda "blauqrana"nın sükanı arxasından uzaqlaşdırıldıqdan sonra məşqçilik fəaliyyətinə qayıtmayıb. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Mənbəyə görə, Xavi müxtəlif təkliflər alsa da, onların heç biri onu kifayət qədər razı salmayıb. Futbolçu kimi əfsanəvi karyera qurmuş Xavi yalnız Avropanın aparıcı klublarından birini çalışdırmağa maraq göstərir və buna görə tələsmədən uyğun fürsəti gözləyir.

Xatırladaq ki, Xavi "Barselona"nın baş məşqçisi postunu iki il yarım müddətində tutub və bu müddətdə 2022/23 mövsümündə komandası ilə La Liqa çempionluğunu qazanıb. Kataloniyaya qayıdışından əvvəl o, Qətərin "Əl-Sədd" klubunda uğurlu məşqçilik fəaliyyəti göstərmişdi.

Seçilən
43
90deqiqe.az

1Mənbələr