AZ

"Arsenal" isveçli hücumçu ilə müqavilə imzalayıb

"Arsenal" klubu isveçli hücumçu Viktor Qyökeresin transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb."Topçular" hücumçu ilə uzunmmüdətli müqavilə imzalayıb.

Beləliklə, London klubunun 27 yaşlı hücumçu üçün fiks ödənişi 65 764 103 avro təşkil edəcək. Bundan əlavə, müqaviləyə daxil edilmiş bonuslarla bu məbləğ əlavə olaraq 10 256 410 avro artaraq ümumilikdə 76 milyon avroya qədər yüksələ bilər.

"Topçular"ın idman direktoru Andrea Berta transferlə bağlı fikirlərini belə ifadə edib:

"Viktorun komandamıza keçidi ilə bağlı əldə etdiyimiz bu əla razılaşmadan çox məmnunuq. O, istisna bir istedaddır və daim yüksək səviyyəli mərkəz hücumçusunda olması gərəkən keyfiyyətləri və qətiyyəti nümayiş etdirir. Onun fiziki göstəriciləri, oyun zəkası və çalışqanlığı onu komandamızın oyun fəlsəfəsinə mükəmməl uyğunlaşdırır."

Qeyd edək ki, Gyökeres ötən mövsüm "Sportinq"in heyətində bütün turnirlər üzrə 52 matçda meydana çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Bu möhtəşəm statistika onun Avropanın aparıcı klublarının diqqətini çəkməsinə səbəb olmuşdu.

Seçilən
15
90deqiqe.az

1Mənbələr