AZ

Hakan Fidandan ümidverici AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Ukrayna liderləri arasında yaxın vaxtlarda İstanbulda görüşün keçiriləcəyinə ümid etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək. İnanıram ki, hər üç lider prezidentimizin rəhbərliyi altında İstanbulda bir araya gələcək", - diplomat İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

Seçilən
7
publika.az

1Mənbələr