"Arsenal"ın hücumçusu Qabriel Xesus karyerasını Braziliyanın nəhəng klubu "Flamenqo"da davam etdirə bilər.
90deqiqe.Az-ın "RTI Esporte"yə istinadən verdiyi məlumata görə, Braziliyalı klubu 28 yaşlı forvardın xidmətinə ciddi maraq göstərir.
Rio-de-Janeyro təmsilçisi təcrübəli futbolçunun transferi üçün yaxın günlərdə "Arsenal"a rəsmi təklif göndərməyi planlaşdırır.
Xesusun "topçular"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, futbolçunun hazırkı bazar dəyəri 32 milyon avro təşkil edir.
Qeyd edək ki, ötən mövsüm Qabriel Xesusa asan keçməyib – ciddi diz zədəsi səbəbindən o, uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Buna baxmayaraq, o, ümumilikdə 27 oyunda iştirak edərək 7 qol və 2 assistlə yadda qalıb.