AZ

Rusiyada azərbaycanlı milyarderlərlə bağlı hökm verildi

İyun ayının sonlarından Rusiyada başlayan azərbaycanlı “ovu” özünün pik nöqtəsinə yaxınlaşır. Yekaterinburqda Səfərov qardaşlarının Rusiya OMON-u tərəfindən vəhşicəsinə öldürülməsindən sonra vəziyyət sakitləşmək əvəzinə daha da qızışıb. Demək olar, hər gün Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlı iş adamları, imkanlı şəxslər saxlanır, döyülür, əmlaklarına zərər vurulur. Artıq Kremlə yaxınlığı ilə tanınan nüfuzlu biznesmenlər, milyarderlər də hədəfə alınıb.

Publika.az xəbər verir ki, ötən həftə yəhudi əsilli azərbaycanlı iş adamı Qod Nisanov təcili şəkildə Türkiyənin Bodrum şəhərindən Moskvaya çağırılıb. Onun sahibi olduğu “Fud-Siti” bazasına hücum təhlükəsi ilə bağlı Rusiyaya döndüyü bildirilir. Lakin iddialara görə, əsl səbəb Putinə yaxın oliqarxların Azərbaycana bağlılığı və bu əlaqələrin Kreml tərəfindən narahatlıq doğurmasıdır.

İyulun 25-də isə daha bir azərbaycanlı milyarder – İsgəndər Xəlilovun hədəfə alındığı məlum oldu. Onun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin Moskvadakı ofisinə xüsusi təyinatlılar basqın edib, sənədlər müsadirə olunub. Hadisə ilə bağlı ilkin xəbərlər təkzib olunsa da, insidentin baş verdiyi mənbələr tərəfindən təsdiqlənib. Bildirilir ki, Xəlilovlar məsələnin böyüməsinin qarşısını almaq üçün şəxsi əlaqələrdən istifadə edərək vəziyyəti müvəqqəti “sakitləşdirə” biliblər.

Bəs Putin hakimiyyətinin bu addımlarının arxasında nə dayanır? Azərbaycan əsilli milyarderlər öz pulları və əlaqələri ilə Moskvada daha “etibarsız” fiqurlara çevriliblər? Onları təzyiqlə neytrallaşdırıb Kremlə tabe etdirilmək, yoxsa müflis edilib Azərbaycana qaytarmaq istəyirlər?

Globalinfo.az-a danışan deputat Cavanşir Feyziyev bildirib ki, son aylarda Rusiyada müşahidə olunan hadisələr Kreml rəhbərliyinin dövlətlərarası münasibətləri qeyri-rəsmi üsullarla tənzimləməyə çalışdığını göstərir.

Onun sözlərinə görə, bu cəhdlər diplomatik normalardan kənara çıxmaqla yanaşı, müəyyən beynəlxalq hüquq prinsiplərinə də ziddir:

“Bu, Rusiya dövlət idarəçiliyi üçün xarakterik və ənənəvi bir haldır. Azərbaycanın beynəlxalq hüquq, beynəlxalq təcrübə normaları, həmçinin mehriban qonşuluq prinsipləri çərçivəsində irəli sürdüyü tələbə bu cür qeyri-adekvat reaksiyanın verilməsi Rusiya idarəçiliyinin ilk növbədə beynəlxalq hüququ heçə saymasının göstəricisi və təsdiqidir.

Digər tərəfdən, bu, Rusiyanın 2022-ci ildə Azərbaycanla imzaladığı qarşılıqlı strateji əməkdaşlıq prinsiplərini birtərəfli qaydada pozması anlamına gəlir.

Seçilən
22
3
publika.az

4Mənbələr