AZ

Aftafa üçün 70 minlik alış veriş

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

“NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ” Publik Hüquqi Şəxs tərəfindən keçirilən təmir-tikinti materiallarının satınalınması tenderində qalib “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Demokrat.az 32gun.az istinadla xəbər verir ki, tərəflər arasında 70169,89 AZN-lik müqavilə bağlanacağı gözlənilir.Satınalınan avadanlıqlar arasında krantlar (qab yuyan üçün, aftafalı), uzadıcı (traynik 5 metr) və su krantı üçün qoşa şlank yer alır. Bu təchizatlar universitetin müxtəlif təmir və tikinti işlərində istifadə olunacaq.Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Saleh oğlu İsayevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
demokrat.az

4Mənbələr