AZ

Tramp administrasiyası Epşteyn işindən diqqəti yayındırmağa çalışır

ABŞ prezidenti Donald Tramp və onun administrasiyası cəmiyyətin və seçicilərin diqqətini azyaşlıların cinsi istismarı ilə bağlı Cefri Epşteyn işindən yayındırmağa cəhd göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hazırkı respublikaçı rəhbərlik öz elektoratı arasında artan narahatlığı nəzarət altına almağa çalışır. Bu səbəbdən Tramp ictimai rəyə təsir göstərmək üçün müxtəlif taktikalardan istifadə edir: jurnalistləri tənqid edir, bəzi suallara cavab verməkdən yayınır və diqqəti başqa mövzulara yönəldir.

Reuters qeyd edir ki, bu cəhdlər, Epşteyn işinin ictimai maraq doğurması fonunda administrasiyanın reputasiyasını qorumağa yönəlib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr