AZ

Rubiodan Qəzza AÇIQLAMASI: Yeni strategiya lazımdır, çünki...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Qəzza ilə bağlı strategiya dəyişməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O, Qəzza zolağında davam edən münaqişə ilə bağlı Vaşinqton administrasiyasının yanaşmasının yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

Bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Rubio cümə günü Dövlət Departamentində israilli girovların ailələri ilə keçirdiyi görüşdə dəfələrlə bildirib ki, administrasiya Qəzza ilə bağlı strategiyasını dəyişməli və prezidentə yeni variantlar təqdim etməlidir.

Xatırladaq ki, iyulun 6-da Qətərin paytaxtı Dohada Qəzzada atəşkəsin əldə olunması və HƏMAS tərəfindən saxlanılan israilli girovların azad olunması məqsədilə danışıqlar bərpa olunub.

Lakin bundan öncə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bəyan edib ki, HƏMAS-ın danışıqlara cavabı atəşkəsə nail olmaq niyyətindən xəbər vermədiyi üçün ABŞ danışıqlar komandası Dohadan geri çağırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
globalinfo.az

2Mənbələr