Qeyd olunur ki, uzun müddətdir ki, elm adamlarını gözə çarpan başları və çadırlara bənzər bir şeylə müasir kalamarlara bənzəyən nektokaridlərin qalıqları çaşdırıb.
Ən məşhur təklif onların sefalopodların (ahtapotlar, mürekkepbalığı və kalamar) əcdadları olması idi, lakin bu doğru deyil.
Bristol Universitetindən bir qrup elm adamı nektokaridlərin əslində ox qurdlarının erkən nəsilləri olduğunu aşkar edib. Həqiqətin dibinə varmaq üçün onlar Qrenlandiyanın Sirius keçidinə ekspedisiyaya yollanırlar.
Erkən Kembri dövrünə aid çoxlu dəniz orqanizmlərinin fosilləri orada tapıldı.
Bristol Universitetindən Dr Yakob Vinter, “...biz nektokaridlərimizin sinir sisteminin hissələrini qoşalaşmış minerallaşmış strukturlar kimi saxladıqlarını gördük və bu, bu heyvanların həyat ağacında harada yerləşdiyinə dair ipucu verdi”-deyə bildirib.
İdentifikasiya fosillərdə ventral qanqliyonun qorunub saxlanması sayəsində mümkün olmuşdur. Bu, ox qurdlarının xarakterik xüsusiyyətidir.
Koreya Qütb İnstitutundan olan tədqiqatın həmmüəllifi Dr. Tae-Eun Park, “...indi nektokaridlər haqqında mübahisəni həll etmək üçün əlimizdə təkzibedilməz dəlillər var. "Nektokaridlər ox qurdları cinsinə aid olan bəzi digər fosillərlə bir sıra xüsusiyyətləri paylaşırlar”-deyib.
Nazlı Almuradova