Çeboksarılı 21 yaşlı Aleksey Gerasimovun valideyni oğlundan narazılığını bildirənlərə qarşı qara qüvvələrdən istifadə etmək niyyətində olduğunu deyib.
Publika.az xəbər verir ki, bu barədə “Regnum” məlumat yayıb.
Qeyd edək ki, gənc Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq üçün Rusiyadan qaçıb.
"Əgər problem istəmirsənsə, o zaman oğluma toxunma. Mən hamınızı qara sehrlə məhv edəcəm. Bunu bacarıram", - Ukrayna uğrunda döyüşməyə hazırlaşan tələbənin atası deyib.
Məlumata görə, gənc Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq məqsədi ilə özbaşına sərhədi keçib. Lakin 2025-ci ildə o, məhbus mübadiləsi çərçivəsində Rusiya tərəfinə təhvil verilib.