"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas odur ki, dostluq etdiyi şəxsi qabaqda olsun".
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Rəngarəng" verilişində deyib.
O, dostluq münasibətlərindən söhbət açıb: Marqarita pizza
"İnsan yaşa dolduqca dostluğun dəyərini anlayır. Dost deyərdim ki, hamıdan - ana-atadan, bacı-qardaşdan üstündür. Bu, dəqiqdir. Çünki ata dost olsa da, yenə atadır, elə ana da, qardaş da... Təbii ki, canları yanır. Amma dostla hər məqamı bölüşürsən. Təbii ki, söhbət əsl dostlardan gedir".
Telegram kanalımız