ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib.
525.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumda məqsəd "Hizbullah" hərəkatının komandiri Əli Əbdül-Qadir İsmayılı öldürmək olub. Zərbə Livanın cənubundakı Bint Cbeil bölgəsinə endirilib.
Bildirilir ki, öldürülən şəxs "Hizbullah"ın "terror potensialının bərpasında iştirak edib" və onun hərəkətləri "İsrail və Livan arasında atəşkəs haqqında razılaşmaların kobud şəkildə pozulması" olub. (“Report”)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.