ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Druzluları İsraildə və Suriyada qoruyacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O, İsraildəki druz icmasının dini lideri şeyx Muafaq Tariflə görüş keçirib.
Nazir ölkənin druz icmasının maraqlarını qorumağa sadiq olduğunu bildirib və onlara humanitar və tibbi yardım göstərilməsinə dəstək verəcəyini vurğulayıb.
“Biz İsraildəki druz qardaşlarımıza bağlıyıq və Suriyadakı icmalarını da qorumağa davam edəcəyik,” – deyə Katz X hesabında yazıb.
Qeyd edək ki, 24 iyulda İsrailin baş naziri Benyamin Netanyahunun da şeyx Muafaq Tariflə görüşü baş tutmuşdu.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.