Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az “Report”a istinadla xəbər verir ki, hadisə Qarakeçdi kəndində baş verib.
Belə ki, Mahir Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Son Yazılar:
- Laçında ağır yol qəzası – 3 ölü, 1 yaralı var
- Qazaxda iki maşın toqquşdu
- Rusiyadan Ermənistana təbii qazın verilişi bərpa edildi
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.