AZ

Tailand və Kamboca şiddətli yağışa görə hərbi əməliyyatları dayandırıblar

Tailand və Kamboca orduları şiddətli yağışlar səbəbindən sərhəd bölgələrində hərbi əməliyyatları müvəqqəti dayandırmağa məcbur olublar.

Operativ Media xəbər verir ki, bu barədə "The Nation" qəzeti Tailand Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tailand və Kamboca hərbçiləri əlverişsiz hava şəraitində öz mövqelərini saxlamaqda davam edirlər. Eyni zamanda bildirilib ki, münaqişə zonasında vəziyyət faktiki olaraq dəyişməz qalıb.

Kamboca-Tailand sərhədində döyüşlər iyulun 24-də səhər saatlarında Oddar-Myeonq əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.

Seçilən
27
operativmedia.az

1Mənbələr