AZ

“Arsenal”ın hücumçusu ilə maraqlanır - Braziliya klubu

Braziliyanın aparıcı klublarından olan “Flamenqo” “Arsenal”ın hücumçusu Qabriel Jezusa ciddi maraq göstərir.

Sportinfo.az “RTI Esporte”-yə istinadən xəbər verir ki, Rio-de Janeyro təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün rəsmi təklif hazırlayır.

Jezusun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, onun bazar dəyəri 32 milyon avro təşkil edir.

Braziliyalı forvard üçün son mövsüm asan keçməyib. Ciddi diz zədəsi səbəbindən o, uzun müddət yaşıl meydanlardan uzaq düşüb.

Buna baxmayaraq, 27 oyunda meydana çıxaraq, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
sportinfo.az

1Mənbələr